Sabah külək əsəcək, duman olacaq

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, yanvarın 25-də  Bakıda və Abşeron yarımadasında  havanın dəyişkən buludlu olacağı,  əsasən yağmursuz keçəcəyi gözlənilir.

Səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub-qərb küləyi əsəcək. Havanın temperaturu  Abşeron yarımadasında gecə 1- 4 dərəcə isti, gündüz 7-9, Bakıda gecə 1-3 dərəcə isti, gündüz 7-9 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 767 mm civə sütunu təşkil edəcək,  nisbi rütubət  gecə 70-80 faiz, gündüz 50-55 faiz olacaq.