Regionlarda məişət zorakılığına dair seminarlar davam edir

Qadınlar Arasında Həmrəylik” İctimai Birliyi Avropa Ittifaqının maliyyə dəstəyi ilə BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarlığı  tərəfindən həyata keçrilən “Azərbaycanda həssas qurupların hüquqlarının müdafiəsi” Proqramı çərçivəsində “Azərbaycanda qadınlara qarşı məişət zorakılığı ilə mübarizə” layihəsi üzrə regionlarda məişət zorakılığına dair növbəti seminarı keçirib. 08 dekabrda Şəki şəhərində  keçirilən seminarda iştirakçılara məişət zorakılığının əsas xüsusiyyətləri, məişət zorakılığı hallardında ilkin müdaxilə və zorakılıqdan müdafiə üsulları haqqında məlumat verilib. İştriakçılara Layihə çərçivəsində hazırlanmış “Məişət zorakılığına son” adlı Bukletlər təqdim edilmiş, həmçinin onlar məişət zorakılığına dair məlumatlılığın əyləncəli şəkildə artırılmasına xidmət edən onlayn Viktorina http://madde25.az/home ilə tanış ediliblər.