İlham Əliyev Türkiyəyə işgüzar səfərə gedib

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə martın 10-da bu ölkəyə işgüzar səfərə gəlib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Ankaranın Esenboğa Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Türkiyənin energetika və təbii sərvətlər naziri Fatih Dönməz və digər rəsmi şəxslər qarşıladılar.

***

09:45

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə bu ölkəyə işgüzar səfərə yola düşüb.

Bu barədə məlumatı dövlət başçısının mətbuat xidməti yayıb.