Volodimir Zelenski Prezident İlham Əliyevlə telefonla danışıb - Azərbaycana təşəkkür edib!

SON DƏQİQƏ: Putin orduya bütün cəbhə boyunca hücuma keçməyi əmr etdi

 

 

Ukrayna dövlət başçısı Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Ilkxeber.org xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin rəsmi tviter hesabında paylaşım edilib.

“Bu gün Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. O, atəşkəsin əldə edilməsi, qarşıdurmanın siyasi müstəviyə keçirilməsi üçün göstərdiyi səylərinə, Ukrayna əhalisinə dərman preparatları və tibbi avadanlıqların göndərilməsinə görə Azərbaycan Prezidentinə təşəkkür edib”, - deyə, paylaşımda qeyd olunub.

 

 

Musavat.com