Metro artıq fəaliyyət göstərirsə, həftəsonu ictimai nəqliyyatın işləməyinə heç bir maneə olmamalıdır.
Bu sözləri Axar.az-a açıqlamasında tibb elmləri doktoru, professor Adil Qeybulla həftəsonu ictimai nəqliyyatın işləməyinə icazə verilməməsi haqda danışarkən deyib.
O bildirib ki, epidemioloji vəziyyəti izləmək lazımdır:
“Əgər vəziyyət pisləşərsə, yenidən müəyyən qaydalar sərtləşə bilər. Ancaq vəziyyətin bu şəkildə stabilləşməsi və yoluxmaların azalması davam edərsə, sosial həyatın ayr-ayrı sahələrində yumşalmalar tətbiq olunmalıdır. Ona görə hesab edirəm ki, Avro-2020 oyunlarından sonra həftəsonu ictimai nəqliyyatın fəaliyyəti bərpa edilə bilər”.
© 2020 - Created by İLK XEBER.