Yaz, əsgər!

Yaz, əsgər! Qarabağın tarixinə şanlı zəfər günlərini yaz, əsgər! Bacın qurban, heç yorulma, heç gecikmə, yurdmuzun harayına sən vaxtında, vədəsində çat, əsgər! Ruhlar səni çox izlədi, dağlar səni çox gözlədi! Dağlarıma əzəmətin, o vüqarın qaytar, əsgər! Ahım çatan dağlarıma zəfər marşı əks-sədasın sən tezcə sal, qurban olum! Düşmənimin üzərində birdəfəlik qələbə çal, qurban olum! Şanlı əsgər! Anan qurban  yollarına, sən zəfərlə, sən vüqarla öz yurduna çat, əsgər! Yağı düşmən sürüsünü torpağımdan it sürüsün qovan kimi qov, əsgər! Leşlərini qarğa-quzğun sürüsünə sən yem elə! Qansızları, cəlladları bağrıdalaq eylə,  qabağına qat, əsgər, qan gölündə boğ, əsgər! Min qarğaya bircə sapand deyib, bu "şah", bu da "mat" de, öz elimdən, öz obamdan tez qov, əsgər!  Güllən yoxsa, murdarları əllərinlə boğ, əsgər! Bayrağımı Qarabağda sən ən uca qayalara, Cıdır düzü, Topxanaya, Xankəndinə, Ərimgəldi qayasına, Əsgərana tez sanc, əsgər! Xocalıda möhkəm vuruş! Ağrın alım! Sən düşmənə rəhm eləmə, qurban olum! Qisasımız qoy heç zaman qiyamətə qalmasın! Döyüşərkən o dağlarda kəfənsizcə ölənləri yadına sal, əzmlə vuruş, ərcə döyüş! Qısas al! Bacın qurban gözlərinə, sən zəfər çal. Bağçamıza girən zaman mənim əvəzimdən bir nəfəs al! Qarabağın havasını ud! Bu torpağa həsrət gedən qardaşını , gözü yolda anasını yadına sal, möhkəm dayan! İşıq gəlsin gözlərinə, təpər gəlsin ürəyinə, qüvvət gəlsin qollarına! Qəzəbin aşsın, kinin daşsın! Bir nərənlə siçovullar, goreşənlər “padval”lara tezcə qaçsın! Qarşına çıxa bilməsin it sürüsü! Çaylar kim coş, çağla sən, şimşək olub tez parla sən, leysan kimi tök gülləni. Al qisasın nakam gedən əsgərlərin, əsirlərin-yesirlərin, körpələrin, Xocalıda donanların, od-alovda yananların! Bacın qurban gözlərinə, mənim əvəzimdən evimizə bax, məktəbimiz yerindəmi, bağlarımız yerindəmi, xəbər eylə! Ahım gedən o dağlardan bircə dəstə tər bənövşə, bircə  qom da yovşan gətir, qürban olum! Tər olmasın, qurusu olsun, eybi yoxdur, təki, gətir, görüm! Payız gəlib, bağımızın meyvələri indi dəyib. Nar bağları yerindəmi? Babam əkən o ağaclar heç dururmu, quruyubmu?! ...Qurban olum, yordum səni, istəmirəm daha heç nə! Sən döyüşdə qələbəni qazan gətir! Bu, bəsimdir! Tarixlərə şanlı zəfər dastanımı sən yazginən, bu, bəsimdir! İt sürüsün o bağlardan, o dağlardan, bizə həsrət Qarabağdan bir əmrlə sən qovginən, bu, bəsimdir! Bayrağımı Qarabağa sən sancginən, bu, bəsimdir! Adımızı tarixlərə qızıl hərflə sən yazginən, bu, bəsimdir!